Dövlət Statistika Komitəsi pərakəndə ticarət dövriyyəsi haqqında məlumatları açıqlayıb.
Azərbaycanda yanvarda illik inflyasiya 5,4% təşkil edib - BAHALAŞAN VƏ UCUZLAŞAN ƏRZAQLAR
FED.az xəbər verir ki, 2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,1 faiz artmışdır.
2025-ci ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat ayında qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.
2024-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,2 faiz, fərdi sahibkarlar üzrə 3,0 faiz, bazar və yarmarkalarda isə 3,6 faiz artmışdır.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 473,5 manatlıq, o cümlədən 257,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 215,7 manatlıq qeyri-ərzaq malları almışdır.
Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur: