Paytaxt bazarlarında qaymaq tapmaq çətinləşib.
Ötən il yağ idxalına görə Azərbaycandan 188 milyon dollar xaricə "axıb"
FED.az xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq qaymağı indi Bakıya yalnız sifarişlə gətirirlər.
Bundan başqa təmiz qaymaqdan hazırlanan kərə yağı da qəhətə çəkilib.
Satıcılar deyir ki, xalis kərə yağının əldə olunması böyük zəhmət tələb edir..Həm də hər keçən il xərclər artır.
Ağartı məhsullarını Sabirabaddan gətirən bu xanım satıcı isə təbii yağın bazarda azalmasının səbəblərini belə izah edir...
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil.
Bununla yanaşı iqlim dəyişmələri, otlaq sahələrinin azalması və digər səbəblərdən də xərclər artırıb. Yaxın vaxtlarda isə qiymətlərdə ucuzlaşma gözlənilmir.