2024-cü ildə xaricdən Azərbaycana 173 milyon 604 min dollar dəyərində 29 min 611 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsiniə istinadən xəbər verir.
Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı illik müqayisədə müqayisədə dəyər ifadəsilə 81 milyon 188 min dollar və ya 87,6%, miqdar ifadəsilə 13 min 15 ton və ya 78,4% artıb.
2023-cü ildə Azərbaycan xarici ölkələrdən 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
Hesabat dövründə 1 kq yağın orta idxal qiyməti 9,97 manata bərabər olub ki, bu da illik müqayisədə 50 qəpik və ya 5,1% artım deməkdir.
Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı ümumi idxalın 0,82%-ə bərabər olub.