Bu ilin ilk 9 ayında Azərbaycandan 50,2 milyon dollar həcmində 71 min 377 ton alma ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 15,9 milyon dollar və ya 46,3%, miqdar ifadəsilə isə 18 min 341 ton, başqa sözlə 34,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 34,3 milyon dollar dəyərində 53 min 36 ton alma ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 20 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 10 qəpik idi. Bu da illik müqayisə ilə 10 qəpik və ya 9% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,27%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,89%-i almanın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,17% olub.