Bu ilin ilk 9 ayında Azərbaycandan 34,1 milyon dollar həcmində 47 min 726 ton xurma ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon dollar və ya 17,1%, miqdar ifadəsilə isə 6 min 136 ton, başqa sözlə 14,7% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 29,1 milyon dollar dəyərində 41 min 590 ton xurma ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 22 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 19 qəpik idi. Bu da illik müqayisə ilə 3 qəpik və ya 2,5% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,18%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,29%-i xurmanın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,15% olub.