2026-cı ilin yanvar-iyun ayında Azərbaycandan 32 milyon 99 min ABŞ dolları dəyərində 40 527 ton xurma ixrac edilib.
Apreldə Azərbaycanın ixracında rekord göstərici qeydə alınıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, xurma ixracı bu ilin ilk altı ayında ötən illə müqayisədə dəyər ifadəsilə 3% azalıb, miqdar ifadəsilə 12% azalıb.
Azərbaycandan ötən ilin eyni aylarında 32 milyon 946 min dollar dəyərində 45 835 ton xurma ixrac edilmişdi.















