2025-ci ilin yanvar ayında Azərbaycandan 14 milyon 715 min dollar dəyərində 13 min 40 ton pomidor ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 884 min dollar və ya 11,4% azalıb, miqdar ifadəsilə 1 191 ton və ya 10,1% artıb.
2024-cü ilin yanvar ayında isə Azərbaycandan 16 milyon 600 min dollar dəyərində 11 min 849 ton pomidor ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.48%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5.99%-i pomidorun payına düşüb.
Hesabat ayında 1 kq pomidorun orta ixrac qiyməti 1,92 manat olub ki, bu da illik müqayisədə 46 qəpik (20%) artım deməkdir. 2024-cü ilin yanvar ayında 1 kq pomidorun orta ixrac qiyməti 2,38 manat idi.