2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 2 milyon 666 min dollar dəyərində 292 ton çay ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 160 min dollar və ya 6,4%, miqdar ifadəsilə 13 ton və ya 4,7% aşağı düşüb.
2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 2 milyon 506 min dollar dəyərində 279 ton çay ixrac olunmuşdu.
1 kq çayın orta ixrac qiyməti 2024-cü ilin beş ayında 15,53 manata başa gəlib ki, bu da illik müqayisədə 0,25 manat (1,7%) bahalaşma deməkdir.
Ötən ilin eyni dövründə çayın orta ixrac qiyməti 15,27 manata başa gəlib.