2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 13 milyon 574 min dollar dəyərində 17 min 753 ton şəkər ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 180 min dollar və ya 8% , miqdar ifadəsilə 2 min 510 ton və ya 12% azalıb.
2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 14 milyon 753 min dollar dəyərində 20 min 265 ton şəkər ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 1,30 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,24 manat idi.
Bu il ümumi ixracının 0,11%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,85%-i şəkərin payına düşüb.