2025-ci il ərzində Azərbaycana 50,1 milyon dollar həcmində 55 min ton düyü idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, düyü idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 16 milyon dollar və ya 24,2%, miqdar ifadəsilə isə 9,3 min ton, başqa sözlə 14,5% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 66,1 milyon dollar dəyərində 64,3 min ton düyü idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə idxal edilən düyünün 1 kiloqramının orta idxal qiyməti 0,91 dollar (1,55 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1,03 dollar (1,75 manat) idi. Bu da illik müqayisədə 0,12 dollar (0,20 manat) və ya 11,6% ucuzlaşma deməkdir.
Bu il ümumi idxalın 0,21%-i düyünün payına düşüb. Ötən il isə müvafiq göstərici 0,31% olmuşdu.











