2025-ci il ərzində Azərbaycana 16,8 milyon dollar həcmində 51,1 min ton qarğıdalı idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qarğıdalı idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 7,2 milyon dollar və ya 30%, miqdar ifadəsilə isə 34,1 min ton, başqa sözlə 40% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 24 milyon dollar dəyərində 85,3 min ton qarğıdalı idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə idxal edilən qarğıdalının 1 kiloqramının orta idxal qiyməti 0,33 dollar (0,56 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 0,28 dollar (0,48 manat) idi. Bu da illik müqayisədə 0,05 dollar (0,08 manat) və ya 17,9% bahalaşma deməkdir.
Bu il ümumi idxalın 0,07%-i qarğıdalının payına düşüb. Ötən il isə müvafiq göstərici 0,11% olmuşdu.











