Bu ilin yanvar ayında Azərbaycana 5,3 milyon dollar dəyərində 767 ton çay idxal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,2 milyon dollar və ya 69,8%, miqdar ifadəsilə isə 533 ton, başqa sözlə 41% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 3,1 milyon dollar dəyərində 1 min 300 ton çay idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan çayın 1 kiloqramının orta idxal qiyməti 6,95 dollar (təxminən 11 manat 82 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 2,44 dollar (təxminən 4 manat 15 qəpik) idi. Bu da illik müqayisədə 4,51 dollar (7 manat 67 qəpik) və ya 2,8 dəfə bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,41%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,15% olmuşdu.











