Bu ilin ilk 10 ayında Azərbaycandan 51,4 milyon dollar həcmində 71,7 min ton şəkər ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon dollar və ya 49,6%, miqdar ifadəsilə isə 26,5 min ton, başqa sözlə 58,5% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 34,3 milyon dollar dəyərində 45,2 min ton şəkər ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 22 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 29 qəpik idi. Bu da illik müqayisədə 7 qəpik və ya 5,4% ucuzlaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,24%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,72%-i şəkərin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,15% olmuşdu.











