İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib.
Azərbaycan İtaliya və Niderlanda qara kürü satmağa başlayıb
FED.az xəbər verir ki, Mərkəzin yaydığı məlumatda bildirilir ki, ixracı üçün sərbəst satış sertifikatı rəsmiləşdirilmiş, "Hub Trade" şirkəti tərəfindən ixrac olunan 200 və 1000 millilitrlik qablaşdırmada yerli istehsal nar şirəsi məhsulu gömrük nəzarətindən keçərək Gürcüstanın Poti limanından dəniz yolu ilə Dominikan Respublikasına göndərilmək üçün yola salınıb.
Qeyd edək ki, yerli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdıran və onlara kompleks dəstək göstərən “Azexport” portalında qeydiyyat, eləcə də həyata keçirilən satışlar üçün heç bir komissiya haqqı nəzərdə tutulmayıb. Portal Azərbaycan məhsullarının ənənəvi və yeni bazarlarda tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.













