Bu ilin yanvar-iyun aylarında Azərbaycan 905 min ABŞ dolları dəyərində 0,9 ton qara kürü (nərə balıqlarının kürüsü) ixrac edib.
Azərbaycandan balıq kürüsü ixracı 2,7 dəfə artıb – Azərbaycan 12 ölkəyə kürü satıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 168 min ABŞ dolları dəyərində 0,2 ton (1 il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 148,6 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 0,6 % az) 0,15 ton (+7 %), Qətərə 120 min ABŞ dolları dəyərində 0,1 ton (1 il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına 116,7 min ABŞ dolları dəyərində (+50 %) 0,2 ton (+42 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 90,7 min ABŞ dolları dəyərində (+30 %) 0,05 ton (+25 %) qara kürü satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Niderland (47,4 min ABŞ dolları dəyərində 0,05 ton) və İtaliyaya tədarük (3,2 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib. (Report)













