2025-ci il ərzində Azərbaycandan 35,3 milyon dollar həcmində 36 min ton nar ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nar ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 5,6 milyon dollar və ya 18,8%, miqdar ifadəsilə isə 2 min ton, başqa sözlə 5,9% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 29,8 milyon dollar dəyərində 34 min ton nar ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi narın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 67 qəpik təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1 manat 49 qəpik idi. Bu da illik müqayisədə 18 qəpik və ya 12,1% bahalaşma deməkdir.
Bu il ümumi ixracın 0,14%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,97%-i narın payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,11% və 0,89% olmuşdu.











