Bu ilin ilk 10 ayında Azərbaycan İraqa 21 min dollar dəyərində 360 min ədəd yumurta ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri protalı, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İraqa yumurta ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 64 min dollar və ya 75,3% (4 dəfə), miqdar ifadəsilə isə 720 min ədəd, başqa sözlə 66,7% (3 dəfə) azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində İraqa 85 min dollar dəyərində 1 milyon 80 min ədəd yumurta ixrac olunmuşdu.
Bu il İraqa ixrac edilən bir ədəd yumurtanın orta qiyməti 9,9 qəpik (5,8 sent) olub. Ötən il isə bu rəqəm 13,4 qəpik (7,9 sent) idi ki, bu da 26,1% ucuzlaşma deməkdir.










