2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 24 milyon 563 min dollar dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, içki ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 5 min dollar və ya 7,5% azalıb.
2024-cü ildə isə Azərbaycandan 26 milyon 569 min dollar dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac olunmuşdu.
Bu il ümumi ixracın 0,22%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,75%-i bu məhsulların payına düşüb.