2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 37 milyon 359 min dollar dəyərində 658 milyon 92 min kVt/saat elektrik enerjisi ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12 milyon 829 min dollar və ya 25,6%, miqdar ifadəsilə isə 245 milyon 913 min kVt/saat, başqa sözlə 27,2% azalıb.
2024-cü ildə isə Azərbaycandan 50 milyon 189 min dollar dəyərində 904 milyon 5 min kVt/saat elektrik enerjisi ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin 1 kVt/saatının orta ixrac qiyməti 5,7 sent (9,6 qəpik) olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 5,6 sent (9,4 qəpik) idi. Bu da illik müqayisədə 2,2% artım deməkdir.
Bu il ümumi ixracın 0,34%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,65%-i elektrik enerjisinin payına düşüb.