Bu ilin yanvar ayında Azərbaycan xaricə 29,3 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 15,4 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Ötən ilin yanvar ayında Azərbaycan 13,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac etmişdi.












