2026-cı ilin yanvar ayında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il agentlik dünyanın 32 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac etmişdi. Bu da ölkə sayında azalmanın, lakin gəlirlərin həcmində bərabərliyin olduğunu göstərir..
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə bu rəqəm 69% idi.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 348,5 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 283 min ABŞ dolları ilə Lüksemburq, 187,2 min ABŞ dolları ilə İsveç, 72,4 min ABŞ dolları ilə Türkiyə, 69,6 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.











