"Azerbaijan Organic Company" MMC-nin fəaliyyətinə xitam verilərək "Azerbaijan Poultry Company" MMC-yə qoşulur.
Hansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur?
FED.az xəbər verir ki, fəaliyyətinə xitam verilmiş “Azerbaijan Organic Company” MMC şirkəti “Azerbaijan Poultry Company” MMC-yə qoşulub.
“Azerbaijan Poultry Company” MMC bu qoşulma nəticəsində yenidən təşkil edildiyini elan edib.
Qeyd edək ki, "Azerbaijan Poultry Company” "Mərcan" markası ilə toyuq əti məhsulları istehsal edir.
Nizamanmə kapitalı 74 milyon 455 min 200 manat olan “Azerbaijan Poultry Company” MMC-nin hüquqi ünvanı Ucar rayonunun Alpout kəndidir.














