Bu ilin ilk 11 ayında Azərbaycandan 213,3 milyon dollar həcmində 75,4 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 30,6 milyon dollar və ya 16,8%, miqdar ifadəsilə isə 7,7 min ton, başqa sözlə 11,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 182,7 milyon dollar dəyərində 67,7 min ton alüminium ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi alüminiumun 1 kiloqramının orta ixrac qiyməti 4 manat 81 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 manat 59 qəpik idi. Bu da illik müqayisədə 22 qəpik və ya 4,8% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,91%-i, qeyri-neft sektoru üzrə ixracın isə 6,43%-i alüminiumun payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,75% və 5,91% olmuşdu.











