2025-ci ilin yanvar-aprel ayında Azərbaycandan 26 milyon 577 min dollar dəyərində 38 min 798 ton alma ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6 milyon 289 min dollar və ya 31%, miqdar ifadəsilə 8 min 273 ton və ya 27,1% artıb.
2024-cü ilin yanvar-aprel aylarında isə Azərbaycandan 20 milyon 287 min dollar dəyərində 30 min 525 ton alma ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.30%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,49%-i xurmanın payına düşüb.
Hesabat dövründə 1 kq almanın orta ixrac qiyməti 1,17 manat olub ki, bu da illik 4 qəpik (3,1%) artıqdır.
Ötən ilin 4 ayının nəticələrinə əsasən 1 kq almanın orta ixrac dəyəri 1,13 manat olub.