Bəzi marketlərdə yumurtanın satışına limit qoyulub. Yalniz 30 ədəd yumurta almağa icazə verilir.
FED.az xəbər verir ki, alıcılar belə halla endirimlər zamanı rastlaşdıqlarını deyirlər.
Sosial şəbəkələrdə yumurta ilə bağlı qıtlığın olduğu və qərara da bunun səbəb olduğu iddia edilir. Quş Əti, Yumurta İstehsalçıları və İxraxcatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli isə bildirir ki, ölkədə yumurta təminatı sahəsində hər hansı çatışmazlıq yoxdur.
Məsələ ilə bağlı İri mağazalar şəbəkəsindən bildirildi ki, bəzi hallarda kütləvi alışlar müşahidə olunur ki, bu da digər müştərilərin məhsulu əldə etməsinə çətinlik yaradır.
Endirimli qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilər üçün əlçatan olması məqsədilə, kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib.










