2024-cü ilin avqust ayında Azərbaycanda yumru düyünün 1 kq-nın orta satış qiyməti 3.03₼ təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin avqust ayı ilə müqayisədə 0,11₼ və ya 4% çoxdur.
Bununla yanaşı yerli istehsal olan yumru düyünün 1 kq-ının qiyməti 3,23₼ təşkil edib ki, bu da illik fərqlə 0,18₼ və ya 6% çoxdur.
Xaricdən gətirilmiş düyünün 1 kq-nn qiyməti isə 2,92₼ təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,08₼ və ya 3% çoxdur.
Məlumat üçün bildirək ki. 2023-cü ilin avqust ayında 1 kq yumru düyünün orta qiyməti 2,92% manat təşkil edib.
Yerli düyünün qiyməti 3,05₼, idxal düyünün qiyməti isə 2,84₼ olub.