Kərə yağı istehsalında azalma qeydə alınıb.
Belarus Azərbaycana süd konservləri və kərə yağı tədarük edəcək - SAZİŞLƏR İMZALANDI
FED.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında kərə yağı istehsalı 19 935,1 ton təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 410,3 ton və ya 10,8 faiz azalma deməkdir. Ötən il eyni dövrdə istehsal həcmi 22 345,4 ton olmuşdu.
İstehsalın azalmasına baxmayaraq, hazır məhsul ehtiyatları əhəmiyyətli dərəcədə artıb. 2025-ci il oktyabrın 1-i vəziyyətinə kərə yağı ehtiyatı 184,2 ton təşkil edib, halbuki 2024-cü ilin eyni tarixində bu rəqəm 64,5 ton idi. Bu, ehtiyatların təxminən 2,9 dəfə artdığını göstərir.