Bu ilin yanvar ayında Azərbaycanda 4 576,6 ton duru bitki yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə yağ istehsalı 616,7 ton və ya 15,6% artıb.
2025-ci ilin yanvar ayında bu göstərici 3 959,9 ton təşkil edib.
1 fevral 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 2 430,3 ton təşkil edib ki, bu da illik müqayisədə 1 791,7 ton və ya 42,4% azdır.
Ötən ilin eyni dövründə hazır yağ ehtiyatı 4 222,0 ton olub.












