Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı istehsalı 290,5 ton və ya 13,2% azalıb.
2025-ci ilin yanvar ayında bu göstərici 2 194,9 ton təşkil edib.
1 fevral 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib ki, bu da illik müqayisədə 59,6 ton və ya 5 dəfəyə yaxın çoxdur.
Ötən ilin eyni dövründə hazır ehtiyat 14,6 ton olub.











