Bu ilin ilk 9 ayında Azərbaycandan 24,6 milyon dollar (41,8 milyon manat) həcmində 10 min 721 ton pambıq iplik ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq iplik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,7 milyon dollar (4,6 milyon manat) və ya 12,6%, miqdar ifadəsilə isə 1 min 890 ton, başqa sözlə 21,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 21,9 milyon dollar (37,2 milyon manat) dəyərində 8 min 831 ton pambıq iplik ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq ipliyin 1 kiloqramının orta ixrac qiyməti 3 manat 90 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 manat 21 qəpik idi. Bu da illik müqayisədə 31 qəpik və ya 7,4% ucuzlaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,13%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 0,93%-ü pambıq ipliyin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,11% olub.