2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycana 36 milyon 169 min dollar dəyərində 5717 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Azərbaycan xaricdən ət alışını daha da artırdı
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsini aylıq hesabatında bildirilir.
Beləliklə, Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxal 2026-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 552 min dollar və ya 32,7%, miqdar ifadəsilə 1968 ton və ya 25,6% azalıb.
Bitki yağlarının idxalı artıb
2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycana 44 milyon 98 min dollar dəyərində 28036 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2272 ton və ya 5,4% çoxdur. 2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 41 milyon 826 min dollar dəyərində 26761 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunmuşdu. (Marja)














