2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 28 milyon 630 min dollar dəyərində 12 min 300 ton ət idxal edilib.
Azərbaycan ötən il xaricdən 118 milyon dollarlıq ət alıb - İDXAL AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasında bildirilir.
2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 24 milyon 825 min dollar dəyərində 11 min 890 ton ət idxal olunmuşdu.
Beləliklə, Azərbaycan xaricdən ət alışını bu il 3 milyon 805 min dollar və ya 15,3% artırıb.














