Bu il xaricdən Azərbaycana gətirilən kərə yağı kəskin bahalaşıb.
Azərbaycan xaricdən süd idxalını - 25% ARTIRIB
FED.az xəbər verir ki, 2025-ci ilin ilk 5 ayında xaricdən Azərbayana gətirilən kərə yağının qiyməti artıb – nəticədə ilk dəfə olaraq 5 aylıq yağ idxalı 100 milyon dolları keçərək 110 milyon dollar olub.
Dövdət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin ilk 5 ayında xarici ölkələrdən Azərbaycana ümumi dəyəri 80,5 milyon dollar olan 11 458 ton yağ gətirilib.
Yağın bir kiloqramının idxal gömrük dəyəri 11,94 manat təşkil edib.
Bu ötən illə müqayisədə 35% bahadır.
Belə ki, 2024-cü ilin eyni dövründə xaricdən ölkəyə ümumi dəyəri 51,2 min dollar olan 10 394 ton yağ idxal edilmiş, yağın idxal qiyməti 8,86 manat olmuşdu.