2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 62 milyon 757 min dollar həcmində 60 min 464 ton düyü idxal edilib.
Azərbaycana 11 ay ərzində ət idxalı 50%-ə yaxın artıb - GÖSTƏRİCİLƏR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16 milyon 379 min dollar və ya 35,3% artıb, miqdar ifadəsində isə 9 min 505 ton, başqa sözlə, 18,6% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 46 milyon 378 min dollar dəyərində 50 min 959 ton düyü idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən düyünün 1 kiloqramının orta dəyəri 1 manat 77 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 55 qəpik idi. Bu da illik müqayisədə 22 qəpik və ya 14,2% artım deməkdir.
Bu il ümumi idxalın 0,33%-i düyünün payına düşüb.