2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 116 milyon 989 min dollar həcmində 53 min 337 ton ət idxal edilib.
Kartof ixracından gəlirlər kəskin azalıb - RƏQƏMLƏR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 milyon 433 min dollar və ya 48,9% artıb, miqdar ifadəsində isə 15 min 50 ton, başqa sözlə, 39,3% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 78 milyon 555 min dollar dəyərində 38 min 287 ton ət idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən ətin 1 kiloqramının orta dəyəri 3 manat 72 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 49 qəpik idi. Bu da illik müqayisədə 23 qəpik və ya 6,59% artım deməkdir.
Bu il ümumi idxalın 0,62%-i ətin payına düşüb.