2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 677,3 min ABŞ dolları dəyərində 837 ton xiyar ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 33 min dollar və ya 2,5 dəfə, miqdar baxımından isə 466 ton və ya 35,8% çoxdur.
2023-cü ilin yanvar-aprel aylarında 1 milyon 710 min dollar dəyərində 1 303 ton xiyar ixrac edilib.
1 kq xiyarın ixracı hesabat dövründə 1.38 manata başa gəlib ki. bu da illik müqayisədə 0,86 manat (38,3%) azdır. Ötən ilin 4 ayının nəticələrinə görə orta ixrac qiyməti 2,23 manat təşkil edib.