2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 1 milyon 410 min ABŞ dolları dəyərində 2 min 559 ton xiyar idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 210 min dollar və ya 17,5%, miqdar baxımından isə 382 ton və ya 17,5% çoxdur.
2023-cü ilin yanvar-aprel aylarında 1 milyon 198 min dollar dəyərində 2 177 ton xiyar idxal edilib.
1 kq xiyarın idxalı hesabat dövründə 0.94 manata başa gəlib.