2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 740 min 660 ABŞ dolları dəyərində 1 085 ton armud ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 358 min 740 dollar (93,9%), həcm baxımından isə 503 ton və ya 86,5% çoxdur.
2023-ci ilin yanvar-mart aylarında 381 min 920 dollar dəyərində 582 ton armud ixrac edilib.
1 kq armudun orta ixrac qiyməti 1.16 manata bərabər olub ki, bu da illik müqayisədə 0,05 manat (4%) çoxdur.
Ötən ilin 3 ayının nəticələrinə görə 1 kq armudun orta ixrac qiyməti 1.11 manat idi.