2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 72 milyon 47 min dollar dəyərində 138 min 175 ton gübrə idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 15 milyon 402 min dollar yəni 17,6% azalıb, miqdar ifadəsi ilə təxminən 33 min 712 ton (32,3%) artıb.
Ötən ilin müvafiq dövründə 87 milyon 449 min dollar məbləğində 104 min 462 ton gübrə gətirilib.
1 ton gübrənin idxal qiyməti 2023-cü ili 521 dollar, əvvəlki il isə 837 dollar təşkil edib. Qiymətlərdə 316 dollar və ya 37,7% ucuzlaşma qeydə alınıb.
Bu da o deməkdir ki, 1 kq gübrənin idxal qiyməti 2023-cü ildə 0,87 manat, 2022-ci ildə 1,42 manat olub.
Qeyd edək ki, hesabat dövründə gətirilmiş qarğıdalı Azərbaycanın ümumi idxalının 0,42%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,60%-ni təşkil etmişdi.