Bu ilin ilk 11 ayında Azərbaycandan 150,5 milyon dollar həcmində 17,4 min ton fındıq ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 34,6 milyon dollar və ya 29,9% çox, miqdar ifadəsilə isə 847 ton, başqa sözlə 4,6% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 115,9 milyon dollar dəyərində 18,3 min ton fındıq ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 9,00 dollar (təxminən 15,29 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 6,39 dollar (10,86 manat) idi. Bu da illik müqayisədə 2,61 dollar (4,43 manat) və ya 41,1% kəskin bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,64%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,54%-i fındığın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,48% və 3,75% olmuşdu.











