2025-ci ilin yanvar-may aylarında Azərbaycana 220 milyon 658 min dollar dəyərində 8 min 987 ton əczaçılıq məhsulları idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 569 min dollar və ya 1,6% artıb, miqdar ifadəsilə isə 1 min 681 ton, başqa sözlə 15,8% azalıb.
2024-cü ildə isə Azərbaycana 217 milyon 89 min dollar dəyərində 10 min 668 ton əczaçılıq məhsulu idxal olunmuşdu.
Bu dövrdə Azərbaycana idxal olunan əczaçılıq məhsullarının 1 kiloqramının orta qiyməti 41 manat 74 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 34 manat 60 qəpik idi. Bu da illik müqayisədə 7 manat 14 qəpik və ya 20,6% artım deməkdir.
Bu il ümumi idxalın 2,21%-i əczaçılıq məhsullarının payına düşüb.