2024-cü ildə Azərbaycan 24 milyon 64 min ABŞ dolları dəyərində 85 min 286 ton qarğıdalı idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,
Məlumata görə idxalda 2023-cü illə müqayisədə həcm baxımından 12 min 224 ton (16,7 %), dəyər baxımından isə 3 milyon 239 min ABŞ dolları (15,6 %) artım baş verib.
2024-cü ildə Azərbaycan 20 milyon 825 min ABŞ dolları dəyərində 73 min 62 ton qarğıdalı idxal edib.
Bu dövrdə 1kq qarğıdalının orta idxal qiyməti 48 qəpik olub.
Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.