2024-cü ildə xaricdən Azərbaycana 279 milyon 681 min dollar dəyərində 1 milyon 292 min 26 ton buğda idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsin istinadən xəbər verir.
Buğda idxalı illik müqayisə illə müqayisədə dəyər ifadəsilə 24 milyon 302 min dollar və ya 8% azalıb, miqdar ifadəsilə 116 min 685 ton və ya 10% artıb.
2023-cü ildə Azərbaycana 303 milyon 983 min dollar dəyərində 1 milyon 175 min 341 ton buğda idxal edilmişdi.
1 kq buğdanın orta idxal dəyəri 2024-cü ildə 37 qəpik olub ki, bu da illik müqayisə 7 qəpik (16,3%) ucuzlaşma deməkdir.