Bu ilin yanvar ayında Azərbaycana 28,9 milyon dollar dəyərində 129 min 933 ton buğda idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10,2 milyon dollar və ya 54%, miqdar ifadəsilə isə 43 min 279 ton, başqa sözlə 49,9% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 18,7 milyon dollar dəyərində 86 min 654 ton buğda idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycana idxal olunan buğdanın 1 kiloqramının orta idxal qiyməti 0,22 dollar (təxminən 37 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,22 dollar (təxminən 37 qəpik) idi. Bu da illik müqayisədə 2,8% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 2,22%-i buğdanın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,91% təşkil edirdi.











