Bu ilin yanvar ayında Azərbaycandan metanol (metil spirti) ixracı qeydə alınmayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə metanol ixracı tamamilə dayanıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 11 milyon 128 min dollar dəyərində 34 min 968 ton metanol ixrac olunmuşdu. Bu il isə bu məhsul üzrə ixrac əməliyyatı baş tutmayıb.
Ötən ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi metanolun 1 kiloqramının orta ixrac qiyməti 0,32 dollar (təxminən 54 qəpik) təşkil edirdi.











