2025-ci il ərzində Azərbaycana 118 milyon dollar həcmində 47,6 min ton ət idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 11 milyon 591 min dollar və ya 8,9%, miqdar ifadəsilə isə 11 min ton, başqa sözlə 18,8% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 129,6 milyon dollar dəyərində 58,7 min ton ət idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın idxal etdiyi ətin 1 kiloqramının orta idxal qiyməti 2,48 dollar (4,21 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 2,21 dollar (3,75 manat) idi. Bu da illik müqayisədə 0,27 dollar (0,46 manat) və ya 12,2% bahalaşma deməkdir.
Bu il ümumi idxalın 0,48%-i ətin payına düşüb. Ötən il isə müvafiq göstərici 0,62% olmuşdu.











