Bu ilin ilk 8 ayında Azərbaycana 124,1 milyon dollar həcmində 18 min 127 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 20,8 milyon dollar və ya 20,1%, miqdar ifadəsilə isə 1 min 27 ton, başqa sözlə 6,4% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 103,3 milyon dollar dəyərində 19 min 154 ton bu qəbildən olan məhsul idxal olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi kərə yağının 1 kiloqramının orta idxal qiyməti 11 manat 65 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9 manat 18 qəpik idi. Bu da illik müqayisə ilə 2 manat 47 qəpik və ya 26,9% bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi idxalın 0,82%-i kərə yağının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,81% olub.