Bu ilin ilk 8 ayında Azərbaycana 163,5 milyon dollar həcmində 759 min 945 ton buğda idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 35,1 milyon dollar və ya 27,4%, miqdar ifadəsilə isə 180 min 20 ton, başqa sözlə 31% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 128,4 milyon dollar dəyərində 579 min 927 ton buğda idxal olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi buğdanın 1 kiloqramının orta idxal qiyməti 37 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 38 qəpik idi. Bu da illik müqayisədə cüzi ucuzlaşma deməkdir.
Bu il 8 ayında ümumi idxalın 1,09%-u buğdanın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 1,01% olub.