Azərbaycana bu ilin yanvar-iyul aylarında Türkiyədən cəmi 8 ton qarpız idxal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Türkiyədən idxal edilmiş qarpızın dəyəri isə 5 560 dollar olub.
Son bir il ərzində idxalın həcmində 54 ton (7,8 dəfə), dəyərində isə 35 850 dollar (7,5 dəfə) kəskin azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycan Türkiyədən 41 410 dollar dəyərində 62 ton qarpız idxal etmişdi.
Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə Türkiyədən idxal edilmiş qarpızın orta hesabla 1 tonunun dəyəri 1 182 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 47 manat (4,1%) çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 1 135 manata bərabər olub.