2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan 20 milyon 470 min dollar dəyərində 48 min 234 ton kartof ixrac olunub.
Azərbaycanı kartofla ən çox - TƏMİN EDƏN RAYONLAR - YANAVR-AVQUST/2024
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10 milyon 540 min dollar və ya 34%, miqdar ifadəsilə 22 min 836 ton, başqa sözlə 32,1% azalıb.
2023-cü ilin ilk 9 ayında isə Azərbaycandan 31 milyon 11 min dollar dəyərində 71 min 70 ton kartof ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 72 qəpik olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 74 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 2,7% azalma deməkdir.
Bu il ümumi ixracının 0.10%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,83%-i kartofun payına düşüb.